NƏQLİYYAT

“Ehram Xalıqov” təchizat-yedək gəmisi əsaslı təmir olunub
11 MAY
174

“Ehram Xalıqov” təchizat-yedək gəmisi əsaslı təmir olunub

2018-05-11 12:40:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Ehram Xalıqov” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

Gəminin baş mühərrikləri, əsas və ehtiyat nasosları, boru sistemləri, energetik qurğuları və idarəetmə avadanlıqları, sükan və köməkçi sükan qurğusu təmir olunub. Gəmidə iki ədəd yeni köməkçi mühərrik quraşdırılıb, işıqlandırma sistemi tamamilə yeniləri ilə əvəzlənib.

Bundan başqa, təmir zamanı gəmi heyətinin yaşayış və xidməti otaqları da unudulmayıb. Belə ki, kayutlarda yeni şkaf və çarpayılar quraşdırılıb, sanitar qovşaqlarda və yeməkxanada təmir işləri aparılıb. Təmir çərçivəsində “Ehram Xalıqov” gəmisinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.

Gəmi dəniz sınağından uğurla keçib və istismara qaytarılıb. “Ehram Xalıqov” Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında – neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında yaxından iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276