NƏQLİYYAT

Bakıda daha bir yol təmirə bağlanır
10 MAY
267

Bakıda daha bir yol təmirə bağlanır

2018-05-10 15:51:00

Mayın 12-dən başlayaraq Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 12-də gecə saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254