NƏQLİYYAT

“Xırdalan dairəsi”ndən Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
10 MAY
251

“Xırdalan dairəsi”ndən Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

2018-05-10 15:48:00

“Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı kilometrlik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq mayın 10-da saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərə həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254