NƏQLİYYAT

Azərbaycanda kömür və taxıl konteyner daşımaları ilə bağlı qiymətlər endirilib
08 MAY
159

Azərbaycanda kömür və taxıl konteyner daşımaları ilə bağlı qiymətlər endirilib

2018-05-08 14:52:00

"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə müxtəlif təyinatlı yüklərin daşınmasını həll etmək üçün vahid qiymət, "bir pəncərə" prinsipi müəyyən olunmalıdır.

Bu barədə Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsas məqsəd bu nəqliyyat dəhlizi çərçivəsində tariflərin tənzimlənməsi, vaxtın müəyyən edilməsi, sürətin artırılması və sairdir. "Azərbaycan qiymətləri müəyyən qədər endirib. Azərbaycan ərazisində kömür və taxıl konteyner daşımaları ilə bağlı bütün qiymətlər endirilib. Bundan başqa, Türkiyə və Ukrayna da qiymətləri endirəcəkləri ilə bağlı söz veriblər", - deyə C.Qurbanov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276