NƏQLİYYAT

Bakının Həsən Əliyev küçəsində yol çöküb
01 MAY
281

Bakının Həsən Əliyev küçəsində yol çöküb

2018-05-01 18:01:00

Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib. Hazırda həmin istiqamətdə yol bağlanılıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hadisə yolu kənarında, 1 kvadrat metr ərazidə, 1 metr dərinlikdə baş verib: "Çökməyə səbəb, çox güman ki, su və yaxud kanalizasiya sızıntısıdır. Hazırda yolda hərəkətə maneə yoxdur. Əraziyə həm su idarəsindən nümayəndələr, həm də bizim əməkdaşlar cəlb olunub". (Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256