NƏQLİYYAT

“Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılacaq
25 APREL
247

“Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılacaq

2018-04-25 17:52:00

Aparılan təmir işləri ilə əlaqədar olaraq 26 aprel tarixində gecə saatlarında Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində qüvvədə olacaq. 

Sürücülər bu müddət ərzində alternativ olaraq Olimpiya stadionu ətrafında yerləşən yollardan istifadə etməklə istər Ziya Bünyadov, istərsə də Heydər Əliyev prospektlərinə rahat şəkildə çıxaraq yollarına davam edə bilərlər. Həmçinin Qara Qarayev prospektinə doğru olan yol da hərəkətə  açıq olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254