NƏQLİYYAT

Naxçıvanda sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilib
17 APREL
388

Naxçıvanda sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilib

2018-04-17 15:44:00

Bu ilin birinci rübündə muxtar respublikada avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən bildirilib ki, bu dövrdə daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi işi genişləndirilib, ayda bir dəfə Naxçıvan Avtobus Parkında sərnişin daşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.

Nazirlik tərəfindən şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək, 2017-2018-ci illərin payız-qış mövsümünü uğurla başa vurmaq üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin fəaliyyəti daim nəzarətdə saxlanılıb.

Muxtar respublikadan Türkiyənin müxtəlif şəhərlərinə avtobus marşrutlarının fəaliyyəti davam etdirilib, hər gün iki reys olmaqla, Naxçıvan-İqdır və əks-istiqamətdə sərnişindaşıma həyata keçirilib. 2018-ci ilin birinci rübündə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 3 min 254, Bakıdan Naxçıvana isə 3 min 318 sərnişin daşınıb.

Sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılıb. Həmçinin taksi və avtobus sürücülərinin muzeylərə ekskursiyaları təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256