NƏQLİYYAT

Naxçıvanda dəmir yolu nəqliyyatından 36 mindən çox sərnişin istifadə edib
16 APREL
241

Naxçıvanda dəmir yolu nəqliyyatından 36 mindən çox sərnişin istifadə edib

2018-04-16 12:24:00

İlin ilk üç ayında Naxçıvan Muxtar Respublikasında dəmir yolu ilə 36 min 908 sərnişin daşınıb. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, bu dövrdə Naxçıvan-Məşhəd-Naxçıvan qatarından 486 sərnişin istifadə edib. İlin birinci rübündə dəmir yolu ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına isə 7020 ton müxtəlif təyinatlı yük daşınıb.

Hesabat dövründə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Aza və Naxçıvançay təhlükəsizlik komandasının inzibati binalarında əsaslı təmir işləri davam etdirilib, Dəstə İdarəetmə Mərkəzi binasının əsaslı təmiri başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256