NƏQLİYYAT

Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır
13 APREL
251

Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır

2018-04-13 13:51:00

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

İlk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 143 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Qobustan stansiyasında 2 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

Qeyd edək ki, bu, son 1 həftə ərzində əsaslı təmir olunan 5-ci yoldəyişən qurğudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258