NƏQLİYYAT

Salyan-Neftçala avtomobil yolu əsaslı təmir olunub - FOTO - VİDEO
13 APREL
508

Salyan-Neftçala avtomobil yolu əsaslı təmir olunub - FOTO - VİDEO

2018-04-13 07:13:00

Azərbaycanda kənd yollarının inşası və yenidən qurulması ilə paralel olaraq, respublika əhəmiyyətli yolların da əsaslı şəkildə bərpası  geniş vüsət alıb və bəzilərində bu işlər artıq yekunlaşdırılıb. Fins.az xəbər verir ki, Bu cür yollardan biri də Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yoludur.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Təmir-tikinti işləri  zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı tökülərək kipləşdirilib. Daha sonra yol boyu asfaltlanma işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq aparılan bərpa işləri zamanı yolun 7 metr enində hərəkət hissəsi nəzərə alınmaqla təqribən 300 min kv.m-dən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, yol üzərində yerləşən və 66 metr uzunluğa malik avtomobil körpüsünün təmiri, məhəccərlərinin dəyişdirilməsi, həmçinin yol boyu 30 ədəd mövcud  avtobus dayanacağının sökülərək yenidən tikilməsi və əlavə 4-nün inşa edilməsi işləri də görülüb. 

  

Əsaslı bərpa işləri bitəndən sonra yol boyu avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 206 ədəd yol nişanı və 980 ədəd siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Qeyd edək ki, sözgedən yolun əsaslı təmiri Salyan və Neftçala rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267