NƏQLİYYAT

Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq
11 APREL
529

Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq

2018-04-11 14:59:00

İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır. Fins.az  xəbər verir ki,bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

"Çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılıb. Hazırda kreditin verilmə şərtləri razılaşdırılır. 4-5 aydan sonra tikinti işlərinə başlanılacaq. Yolun çəkilişi başa çatdıqdan sonra Təbriz şəhərindən keçməklə Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq", - o bildirib. 

Bundan başqa, C.Qurbanov deyib ki, rəhbərlik etdiyi qurum bu ilin sentyabr ayında Gəncəyə hərəkət edəcək ilk sürət qatarını işə salmağa çalışır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256