NƏQLİYYAT

Bakı-Naxçıvan aviareysi təxirə salınıb
09 APREL
190

Bakı-Naxçıvan aviareysi təxirə salınıb

2018-04-09 02:35:00

Bakı-Naxçıvan aviareysi təxirə salınıb. Bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib. P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Səmaya qalxarkən quş ilə toqquşan hava laynerinin kapitanı qərar verib ki, təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına geri dönsün. Təyyarə yerə uğurla enib. Hazırda Naxçıvana uçacaq digər təyyarənin hazırlıq işləri aparılır. Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”, - deyə P.Kəsəmənski vurğulayıb.

P.Kəsəmənski onu da əlavə edib ki, hazırda geri dönən təyyarəyə texniki heyət baxış keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267