NƏQLİYYAT

Azərbaycanda beynəlxalq sürücülük vəsiqəsini necə almaq olar?
05 APREL
2366

Azərbaycanda beynəlxalq sürücülük vəsiqəsini necə almaq olar?

2018-04-05 10:53:00

Yaxın vaxtlarda Azərbaycanda da beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılacaq. Bu sözləri BDYPİ-nin polkovniki Kamran Əliyev Azərbaycanın sürücülük vəsiqələrinin yol hərəkəti haqqında Vyana konvensiyasına 29 mart 2011-ci ildən dəyişiklik edilməsindən sonra tələblərə cavab vermədiyi məsələsi haqqında danışarkən deyib. K.Əliyev bildirib ki, yeni beynəlxalq sürücülük vəsiqələri tam olaraq konvensiyanın tələblərinə uyğun şəkildə hazırlanıb: “Həmin sürücülük vəsiqəsində şəxs haqqında olan məlumatlar - ad, soyad və s. eynilə pasportda olduğu kimi yazılacaq. Yəni, Azərbaycan dilinin əlifbasına uyğun formada qeyd olunacaq. Daha doğrusu bu formada yazılacağı nəzərdə tutulur. Kim istəyirsə, həmin sürücülük vəsiqələrini ala bilər. Almasalar belə milli sürücülük vəsiqələrinin tanınmasına görə, beynəlxalq konvensiyaya üzv olan dövlətlər öz üzərlərinə öhdəlik götürüb. Konvensiyanın tələblərinə dayanaraq vəsiqə hansı formada, standartlarda olacaqsa, ona uyğun da vəsiqələr veriləcək”.

Mənbə: oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255