NƏQLİYYAT

Dəmir yolu stansiyasında baş yolların əsaslı təmirinə başlanılır
05 APREL
274

Dəmir yolu stansiyasında baş yolların əsaslı təmirinə başlanılır

2018-04-05 10:40:00

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində sabahdan Ağstafa stansiyasında 2,2 km baş yolların əsaslı təmirinə başlanılacaq. 

"Azərbaycan Dəmir Yollları" QSC-dən verilən məlumata görə, 2 gün davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədi ilə ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 512 km dəmir yolu əsaslı təmir olunub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259