NƏQLİYYAT

Yeni alınan metro qatarları nə vaxt xəttə buraxılacaq?
04 APREL
509

Yeni alınan metro qatarları nə vaxt xəttə buraxılacaq?

2018-04-04 17:01:00

Rusiyadan “Bakı Metropoliteni” üçün sifariş verilmiş iki yeni qatarın biri artıq gətirilib. Bu sözləri “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. O bildirib ki, qatar hazırda depodadır və texniki baxış keçirilir: “Dünən “Metrovaqonmaş”la imzalanmış müqavilə çərçivəsində alınmış yeni qatarlardan biri Bakıya gətirilib. Hazırda Rusiyadan gələn mütəxəssislər qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar. Müəyyən sazlanma işləri aparıldıqdan, bəzi avadanlıqlar quraşdırıldıqdan sonra sınaq olacaq. Bundan sonra həmin qatar xəttə buraxılacaq. Digər ikinci qatar isə gələn ayın sonu gətiriləcək”.

Mənbə: oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277