NƏQLİYYAT

Çin hökuməti Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yeni avadanlıq təqdim edib
04 APREL
306

Çin hökuməti Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yeni avadanlıq təqdim edib

2018-04-04 13:36:00

Çin hökumətinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına təqdim etdiyi avadanlığın təqdimatı keçirilib. Mərasim Ticarət Limanının əsas yük terminalında baş tutub. 

Söhbət Çinin İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzindən alınmıç  34 ədəd liman yükqaldırıcı və yüknəqledici avadanlıqdan gedir. Ümumi dəyəri 2 mln. ABŞ dolları olan avadanlıq Azərbaycan və Çin hökuməti arasında imzalanmış qrant müqaviləsi əsasında gətirilib. Yeni texnikaların təhvil-təslim aktını baş nazirin müavini Abid Şərifov və Çinin Azərbaycandakı səfiri Vey Cinhua imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260