NƏQLİYYAT

Dəmir yollarının bu hissəsi əsaslı təmir olunur - FOTO
02 APREL
157

Dəmir yollarının bu hissəsi əsaslı təmir olunur - FOTO

2018-04-02 11:17:00

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Fins.az xəbər verir ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu gündən etibarən  dəmir yolunun Qovlar-Tovuz  mənzilində  4,5 km yolun və Baş Ələt  stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 507 km dəmir yolu əsaslı təmir olunub və 136 yoldəyişən qurğu yenisi ilə əvəzlənib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267