NƏQLİYYAT

Azərbaycanda daha bir avtomobil yolu bərpa edilir - FOTO - VİDEO
19 MART
1695

Azərbaycanda daha bir avtomobil yolu bərpa edilir - FOTO - VİDEO

2018-03-19 14:30:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılan 63 kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Ağdaş rayonunda daha bir avtomobil yolu əsaslı şəkildə bərpa olunur.

Fins.az xəbər verir ki, uzunluğu 27 km olan Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər isə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Sözügedən yolun neçə ildən sonra əsaslı şəkildə və sürətlə bərpa olunması yol boyu 7 yaşayış məntəqəsinin 13 minə yaxın əhalisinin ürəyincə olub. Çünki yol istismar üçün artıq yararsız vəziyyətə düşmüşdü. Bu isə gediş-gəlişdə problemlər yaradırdı.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr qazılara çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərin həcmi 75 min kub.m təşkil edir.  Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə 227 min kv. m sahədə normativ qalınlıqlarda karxana çınqılı və optimal qum-çınqıl qarışıqlarından istifadə olunmaqla yol əsasının inşası işləri aparılacaq.  Layihədə daha sonra isə asfaltlanma işlərinə başlanılması və paralel olaraq yol çiyinlərinin bərkidilməsi işləri də nəzərdə tutulub.

Avtomobil yolu üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə, mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız 102 paqon-metr körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması, həmçinin uzun illər istismar olunduğundan sukeçiricilik qabliyyəti aşağı düşmüş və  istismar üçün yararsız vəziyyətə düşmüş boruların yeniləri ilə əvəz olunması və zəruri nöqtələrdə yenilərinin quraşdırlması nəzərdə tutulan işlərdəndir. Bu çərçivədə 620 paqon-metr uzunluğa malik müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılamsı işləri aparılacaq.

Texnoloji ardıcıllığa uyğun olaraq tikinti işlərinin sonuncu mərhələsində 259 ədəd yol nişanı və məlumatverici lövhənin, 340 ədəd siqnal dirəyinin qyraşdırılması, 79 km uzunluğunda üfiqi nişanlanma xətlərinin çəkilməsi ilə tam yeni və müasir yol infrastrukturunun yaradılmasından sonra yol boyu yaşayan vətəndaşların istər M4 Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil yoluna, ordan da M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların rayon mərkəzi və qonşu rayonlar da daxil respublikanın istənilən istiqamətinə rahat gediş-gəlişi təmin olunacaq. Ən əsası yol boyu yetişdirilən məhsullar tez və xarab olmadan istehlakçıya çatdırılmaqla vətəndaşların sosial rifah halı yüksələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256