NƏQLİYYAT

Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik edilir
16 MART
361

Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik edilir

2018-03-16 15:16:00

Novruz  bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə 16/15 saylı Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Fins.az xəbər verir ki, qatar 18 mart 2018-ci ildən 1 apel 2018-ci ilədək həftədə iki dəfə - Naxçıvandan həftənin VII və IV günləri  saat 11-40-da yola düşəcək, Məşhəd stansiyasına həftənin V və I günləri saat 19-25-də çatacaq. Qatar 17 mart 2018-ci ildən 3 apel 2018-ci ilədək Məşhəddən həftənin VI və II günləri saat 00-30-da yola düşəcək, həftənin  VII və III günləri saat 08-45-də Naxçıvana çatacaq.

 Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu  və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255