NƏQLİYYAT

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır
16 MART
157

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

2018-03-16 11:44:00

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Fins.az xəbər verir ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273