NƏQLİYYAT

Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yığıncağı keçirilib - FOTOLAR
14 MART
296

Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yığıncağı keçirilib - FOTOLAR

2018-03-14 15:47:00

Polşa Respublikasının paytaxtı Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin  yığıncağı keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-ni sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Koordinasiya Komitəsinin  yığıncağındaUkrayna tərəfinin son dəyişikliklərini nəzərə alaraq, 2018-ci il üçün Cənub-Qərb marşrutundakı xüsusi heyət üçün istifadə olunan vaqon və konteynerlərdə yüklərin daşınmasına dair tariflərin nəzərdən keçirilməsi; Slavkuv-Astara (İran) marşrutu üzrə ilk test konteyner (blok) qatarının göndərilməsi;  Universal heyətlə yüklərin (taxıl, bitki mənşəli yağlar, metal məmulatları, tikinti materialları, polietilen, polipropilen, filiz, bitum, şüşə, tomat pastası, quru meyvələr və s.) daşınmasına dair kompleks tariflərinin nəzərdən keçirilməsi; 2018-ci il üçün Cənub-Qərb marşrutu üzrə universal və xüsusi konteynerlərdə təhlükəli yük daşınmasının müzakirəsi və razılaşdırılması; Astara (İran) stansiyasının istismara verilməsindən sonra, Azərbaycan və İrana yükdaşıma tariflərinin Azərbaycan və İran tərəfindən yenidən nəzərdən keçirilməsi və təsdiq edilməsi; Marşrutun dəniz hissəsində (Qara dənizdə) tarif şərtlərinin optimallaşdırmasına dair əldə edilmiş nəticələrin Ukrayna və Gürcüstan tərəflərinə təqdim edilməsi; Azərbaycan, Gürcüstan, İran və Polşa tərəfləri arasında (ay ərzində bir blok-qatardan artıq olmaması şərti ilə) boş konteyner və boş platformaların daşınma ödənişindən azad edilməsi məsələsinin nəzərdən keçirilməsi; bu məsələ üzrə Ukrayna tərəfinin yekun qərarının İşçi qrupuna açıqlanması; Kompleks tariflərinin yerləşdirilməsi haqqında Azərbaycan tərəfinin məlumatının marşrutun veb-səhifəsində, həmçinin marşrut iştirakçılarına təqdim edilməsi və digər strateji əhəmiyyətli məsələlər müzakirə olunub.

Tərəflər, müzakirə olunan məsələlərin “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına, tranzit potensialının artırılmasına və əlavə yüklərin cəlb edilməsinə xidmət göstərəcəyini bildiriblər.

Sonra yığıncağın protokolunun imzalanması mərasımı keçirilib.

Eləcə də bax: “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi nə vaxt istifadəyə veriləcək?

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256