NƏQLİYYAT

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi nə vaxt istifadəyə veriləcək?
14 MART
255

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi nə vaxt istifadəyə veriləcək?

2018-03-14 14:07:00

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, texniki səbəbdən istifadəyə verilmə müddəti uzadılan “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi martın 17-də istifadəyə veriləcək.

“Dərnəgül” NMM-nin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır. Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlaması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda, taksi minik avtomobilləri üçün də dayanacaqlar müəyyənləşdirilib.

Qeyd edək ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” NMM-ləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq növbəti belə Mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda, Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Eləcə də bax: Sürücülərin nəzərinə: Bu küçələr bağlıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256