NƏQLİYYAT

“Azərbaycan Dəmir Yolları”nın 5 illik biznes planı hökumətə təqdim edilib
13 MART
312

“Azərbaycan Dəmir Yolları”nın 5 illik biznes planı hökumətə təqdim edilib

2018-03-13 17:02:00

“Azərbaycan Dəmir Yolları” QSC konteyner daşımaların əhəmiyyətini çox yaxşı başa düşür". Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov ATƏTParlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxışı zamanı bildirib.

H.Valehovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC konteyner daşımalarının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər görür.

“Bu tədbirlərdən biri də bu il alınması nəzərdə tutulan konteynerlərdir. Bunun üçün artıq 2018-ci il dövlət büdcəsindən vəsait ayrılıb. Əsasən 4 böyük layihə həyata keçiririk. Bu layihələrdən birincisi “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 illik biznes planının hazırlanmasıdır. Artıq bu plan hazırlanıb hökumətə təqdim edilib. Beynəlxalq maliyyə uçotu sistemi əsasında maliyyə idarəetmə sistemi yaradılıb və biz bunun istifadəsinə başlamışıq. Əsas vəsaitlərin idarə edilməsi üçün sistem yaradılıb. Asiya İnkişaf Bankı ilə birlikdə 23 institusional tədbirdən ibarət islahatlar paketi hazırlanıb və bu islahatlar paketinin birinci mərhələsi artıq başa çatdırılıb”, - deyə H.Valehov qeyd edib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255