NƏQLİYYAT

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə 15 mln. ton yük aşırmaq mümkün olacaq
13 MART
187

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə 15 mln. ton yük aşırmaq mümkün olacaq

2018-03-13 15:35:00

“Qədim dövrdə karvan yollarının üstündə təxminən 40 km-dən bir karvansaraylar fəliyyət göstərirdi. Onları biz 1 ulduzlu otellərə bənzədə bilərik. Daha sonra həmin karvansaraylar inkişaf edərək 2-3 ulduzlu, tədricən isə 4-5 ulduzlu otellərə bənzədilər. Hazırda Azərbaycan 5 ulduzlu yol qovşağında yerləşir". 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

"Yaratdığımız limanda da bu üsuldan istifadə etmişik. Bu liman 100 hektar ərazidə yerləşir. Əvvəllər burada karqo aerodromu mövcud olub. Bakı Beynəlxalq Dəniz Təcaət Limanı ilə bağlı Milli Məclisdə qəbul edilmiş qanun çox unikal qanundur. Hətta Dubayda belə bir qanun yoxdur. Bu Xəzər dənizi hövzəsində ən böyük limandır. Onun inşaaı bir neçə fazadan ibarətdir. May ayında liman 15 mln. ton yük aşırılması üçün hazır olacaq. Növbəti mərhələdə bu rəqəm 25 mln. tona çatdırılacaq", - deyə o, qeyd edib. 

T.Ziyadovun sözlərinə görə, bu liman vasitəsi ilə təkcə Çin mallarının daşınmasınında maraqlı deyillər: "Mayın 8-11-də Bakıda dəniz limanlarının böyük konfransı keçiriləcək. Burada bir sıra məsələlər müzakirə olunacaq". 

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267