NƏQLİYYAT

5,7 kilometr dəmir yolu əsaslı təmir olunur - FOTOLAR
12 MART
254

5,7 kilometr dəmir yolu əsaslı təmir olunur - FOTOLAR

2018-03-12 14:39:00

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Fins.az xəbər verir ki,Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Bu gündən etibarən Böyük Kəsik stansiyasında və Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km  yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə  davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 470 km dəmir yolu əsaslı təmir olunub.

Eləcə də bax: Vağzala getmədən qatara necə bilet almaq olar?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256