NƏQLİYYAT

164,8 milyon manat hansı avtomobil yollarının tikintisinə xərclənəcək?
07 MART
385

164,8 milyon manat hansı avtomobil yollarının tikintisinə xərclənəcək?

2018-03-07 12:44:00
2018-ci ilin ötən dövründə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda 5 avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Fins.az xəbər verir ki, həmin yolların tikintisinə ümumilikdə, 164,8 milyon manat pul xərclənəcək. Tikintisi həyata keçirilən yolların siyahısı belədir:  
19.02.2018 - Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu – 150 milyon manat,
02.02.2018 - Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi – 2 milyon manat,
06.01.2018 - Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi – 10,1 milyon manat,
05.01.2018 -  Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi – 700 yüz min manat,  
04.01.2018 - Ağdam rayonunun Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi - 2 milyon manat.

Eləcə də bax: Daha bir avtomobil yolu yenidən qurulur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259