NƏQLİYYAT

Şahin Mustafayev: Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük potensiala malikdir
05 MART
258

Şahin Mustafayev: Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük potensiala malikdir

2018-03-05 16:58:00
Transxəzər marşrutu və Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) daha böyük perspektivlərə malik layihədir. BTQ dəmir yolu üzrə koordinasiya şurasının Tbilisidə keçirilən toplantısında bu layihənin mühüm əhəmiyyəti bir daha vurğulandı. Bildirildi ki, bu layihə tək Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, digər ölkələrin də iqtisadi inkişafı üçün geniş imkanlara malikdir.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri, Tranzit və Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, BTQ-nin çox böyük potensialı var. Azərbaycan nümayəndə heyətinin martın 4-də Türkiyədə keçirdiyi görüşdə, eləcə də BTQ üzrə koordinasiya şurasının bu gün Tbilisidə keçirilən iclasında layihənin vacibliyi bir daha vurğulanıb.
“Əsas məqsəd BTQ dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu da öz növbəsində, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Onda qətiyyətlə demək olar ki, BTQ-nin potensialı çox böyükdür. Düşünürəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq”, - deyə Ş.Mustafayev vurğulayıb.

Eləcə də bax: Bu layihələri təqdim edən sahibkarlara pul veriləcək

© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259