NƏQLİYYAT

Elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri Avropada neft istehlakını azaldır
23 FEVRAL
333

Elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri Avropada neft istehlakını azaldır

2018-02-23 16:41:00

Elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri Avropada neft istehlakını azaldır. Bu barədə “Cambridge Econometrics”in hesabatında deyilir. Bildirilir ki, elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinə keçid sayəsində Avropanın 2030-ci ildən etibarən 49 milyard avro daha az neft idxal edəcəyi nəzərdə tutulur. Hazırda Avropa İttifaqı xam neftin 89 faizini idxal edir və bunun əksəriyyəti nəqliyyat yanacağı kimi istifadə olunur. İdxal edilən neftin əvəzinə qitədə yerli enerjidən istifadə Avropa iqtisadiyyata milyardlarla avro qazandıracaq.

Hesabatda qeyd edilir ki, elektrik enerjisi ilə nəqliyyat vasitələri ilə daşınma 2030-ci ilə qədər Avropada 206 min yeni iş yerinin yaranmasına səbəb olacaq. 2030-ci ilə qədər satışa çıxarılan yeni nəqliyyat vasitələrinin dörddə biri sıfır karbon emissiyalı olacaq. Avropa 2050-ci ilə qədər nəqliyyat vasitələrdən qaynaqlanan karbon emissiyasını 88 faiz azalda biləcək. Avtomobillərdən qaynaqlanan azot oksid emissiyası isə hazırkı ildə təxminən 1,3 milyon tondan ildə təxminən 70 min tona enəcək. Bu da hər il hava çirkliliyi ilə əlaqədar Avropada 467 min erkən ölümün qarşısını alacaq. Bundan başqa, dizel və benzinlə işləyən nəqliyyat vasitələrinin qiyməti də 2030-cu ildə bərabərləşəcək.

Hesabata görə, Avropada 2030-ci ilə qədər elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin şarj infrastrukturunun qurulmasına təxminən 23 milyard avro investisiya ediləcək. Bunun 9 milyard avrosu vətəndaşların pulsuz istifadə edə biləcəyi şarj stansiyalarına xərcələnəcək.

Eləcə də bax: TAPI qaz kəmərinin Əfqanıstan sahəsinin tikintisinə start verilib

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256