NƏQLİYYAT

Bakı-Rusiya sərhədi avtomobil yolu ödənişli olacaq
22 FEVRAL
257

Bakı-Rusiya sərhədi avtomobil yolu ödənişli olacaq

2018-02-22 13:46:00

Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolu ödənişli olacaq.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisidir. Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrədək olan hissəni əhatə edir. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259