NƏQLİYYAT

Azərbaycan ilə Avstriya arasında dəmir yolu sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
21 FEVRAL
366

Azərbaycan ilə Avstriya arasında dəmir yolu sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib

2018-02-21 10:02:00

Fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Andreas Mathe arasında görüş olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin Cindən Avropaya və əks istiqamətə daşınma imkanları müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və xüsusilə də ötən ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirilib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəmir yolunun açılış mərasimində deyib ki, bu, üç ölkəni və qitələri birləşdirir. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir.

Eləcə də bax: Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256