NƏQLİYYAT

Əhməd Arslan: Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında fasiləsiz nəqliyyat dəhlizidir
21 FEVRAL
311

Əhməd Arslan: Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında fasiləsiz nəqliyyat dəhlizidir

2018-02-21 09:42:00

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Gürcüstanla Türkiyə arasında iqtisadi əməkdaşlığa böyük imkanlar yaradacaq.

Bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Əhməd Arslan bildirib ki, Gürcüstanla Türkiyə arasında əlaqələrin daha da genişlənməsi ilə nəticələnəcək bu layihə qürurvericidir. Bu layihə Asiya ilə Avropa arasında fasiləsiz nəqliyyat dəhlizidir.

"Çindən başlayaraq Avropaya qədər uzanan ticarətin Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən həyata keçirilməsi əsas hədəflərimizdən biridir", - deyə Əhməd Arslan qeyd edib.

Bütün ölkələrin terrorçuluqdan əziyyət çəkdiyini deyən Ə.Arslan terrorun tamamilə aradan qaldırılması istiqamətində Türkiyənin Gürcüstanla mühüm iş birliyi qurduğunu söyləyib.

Gürcüstanla ticarət həcminin 2016-cı ildə 1,5 milyard dollar səviyyəsində olduğunu qeyd edən nazir bunun daha da artacağına inamını ifadə edib.

Dmitri Kumsişvili də öz növbəsinə iki ölkə arasında çox mühüm iş birliyi qurulduğunu qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan üçün çox mühüm olduğunu söyləyib.

Eləcə də bax: Yanvarda toxuculuq sənayesi 1,7 dəfə artıb

© AzərTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256