NƏQLİYYAT

Biləsuvarda 20 mindən çox əhalinin gediş-gəlişi asanlaşacaq
20 FEVRAL
389

Biləsuvarda 20 mindən çox əhalinin gediş-gəlişi asanlaşacaq

2018-02-20 10:08:00

“40 yol layihəsi” çərçivəsində ötən il başa çatan 52 kənd və qəsəbələrarası avtomobil yollarının ardınca 2018-ci ilinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni yol infrastrukturu layihələri ilə başlayıb. Fins.az xəbər verir ki, bu il ən azı 600 kəndin yolları da daxil olmaqla ümumilikdə 2300 km avtomobil yollarının yenidən qurulması planlaşdırılıb. Onlardan biri də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yoludur.  

Zəhmətabad, Bəydili, Xırmandalı və Əliabad kəndlərindən keçən avtomobil yolu Prezident İlham Əliyevin müvafiq göstəriş və sərəncamlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Sözügedən yolun uzunluğu 15.4 km təşkil edir və  III -  IV texniki dərəcəyə uyğun olaraq çəkilir. 

Yatağının eni müvafiq olaraq 12 və 10 metr olan yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materailı tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır və yeni yol yatağı hazırlanır. Ardınca optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsası inşasın və tikinti norma,standartlarına uyğun asfalt-beton örtük döşənəcək. 2 laydan ibarət (7 + 5 sm) asfalt-beton örtük 100 min kv.m-ə yaxın sahədə salınacaq. 

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə bərpa olunmayan yolun 7 km-lik hissəsində yolun hərəkət hissəsində dağılmalar və deformasiyalar yaranmışdı. Yolun qalan 8 km-lik hissəsi isə ümumiyyətlə torpaq və çınqıl örtüklü idi. Bu üzdən yol sarıdan əziyyət çəkən 4 yaşayış məntəqəsinin 20 mindən çox əhalisi bəzən 10-15 dəqiqəlik məsafəni uzun müddətə qət etmək məcburiyyətində idilər.

Burada 20-dən artıq nöqtədə 232 paqon-metr uzunluğunda yeni suötürücü boruların tikintisi nəzərdə tutulub.

Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu vasitəsilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, respublikanın bütün istiqaətlərinə yük və sərnişin daşıması asanlaşacaq.

Eləcə də bax: Yanvarda dəniz nəqliyyatı ilə 30 min tondan çox yük ixrac olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256