NƏQLİYYAT

Yük daşımalarının həcmi 4,8 faiz artıb
15 FEVRAL
68

Yük daşımalarının həcmi 4,8 faiz artıb

2018-02-15 10:23:00

2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi 52733,2 min ton, yük dövriyyəsi isə 11427,3 milyon ton-km olub. Fins.az xəbər verir ki, yüklərin 32235,7 min tonu və ya 61,1 faizi avtomobil nəqliyyatı, 13074,2 min tonu və ya 24,8 faizi dəmir yolu nəqliyyatı, 7423,3 min tonu və ya 14,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2016-cı illə müqayisədə dəhliz vasitəsilə daşınan yüklərin həcmində 4,8 faiz artım müşahidə edilib.

Dəhliz vasitəsilə daşınan yüklərin 19,3 faizini və ya 10186,6 min tonunu tranzit yüklər təşkil edib.

Eləcə də bax: Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişir

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300