NƏQLİYYAT

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 24 km-lik hissəsi bərpa olunur
09 FEVRAL
216

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 24 km-lik hissəsi bərpa olunur

2018-02-09 14:44:00

Hazırda bir sıra yollarda yenidənqurma və tikinti işlərinə start verilib. Bu cür yollardan bir-neçəsi Xaçmaz rayonunda yerləşir. Bura Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, həmçinin respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama avtomobil yollarının bir hissəsi və 1 kəndlərarası avtomobil yolu daxildir. Sadalanan bu yolların ümumi uzunluqları 152.2 km təşkil edir və 118 min əhalinin yaşadığı 125 yaşayış məntəqəsini əhatə edir.

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz-Xudat hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 3 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m sahəni əhatə edəcək.

Eləcə də bax: Bakıətrafı dəmir yolunun çəkilişinə ayrılan – VƏSAİT AÇIQLANDI

Yolun Xaçmaz şəhərində keçən hissəsində atmosfer yağıntıları zamanı yaranan gölməçə probleminin aradan qaldırılması üçün təqribən 5 km uzunluğunda yeni yağış-kanalizasiya sistemi qurulur, yol kənarlarına yağış barmaqlıqları düzülür. Bundan başqa mövcud piyada səkilərinin bərpası işləri də aparılaraq kənarlarına yeni səki daşları düzülür. Layihəyə uyğun yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün müxtəlif diametrli dəmir-beton boruların quraşdırılamsı işləri də aparılır.

Bərpa işləri yol boyu yerləşən 59 yaşayış məntəqəsinin 54 min nəfər əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yolda istifadə edən  xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə ümumi uzunluğu 2 min km-dən artıq olan və respublika üzrə bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsinin həyata keçirliməsini planlaşdırır. Bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273