NƏQLİYYAT

Bakı-Tibilisi-Qars dəmiryolunda sərnişinlər nə vaxtdan daşınacaq? - AÇIQLAMA
06 FEVRAL
550

Bakı-Tibilisi-Qars dəmiryolunda sərnişinlər nə vaxtdan daşınacaq? - AÇIQLAMA

2018-02-06 11:19:00

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün bütün lazımi işlər görülməkdədir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

S.Qədirova deyib ki, ilk sərnişinlərin Bakı-Tibilisi-Qars dəmir yolu ilə daşınması vaxtı mart ayında bəlli olacaq:

“Hazırda Qarsda havanın temperaturu çox aşağıdır. Yəni səfərin qış aylarında təşkili əlverişsizdir. Böyük ehtimalla ilin birinci yarısından sonra dəqiq vaxt açıqlanacaq”. 

Qurum rəsmisi deyib ki, hər şey dəqiqləşəndə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov daha ətraflı məlumat verəcək.

Qeyd edək ki, qurumun bundan əvvəlki açıqlamasınada Bakı-Tibilisi-Qars dəmir yolu qatarının ilk sərnişinlərinin jurnalistlər olacağı açıqlanıb.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da işə salınıb.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254