NƏQLİYYAT

Qaradağ dəmir yolu stansiyasında yeni yoldəyişən quraşdırılır
06 FEVRAL
254

Qaradağ dəmir yolu stansiyasında yeni yoldəyişən quraşdırılır

2018-02-06 09:34:00

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Qaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır.

Bu barədə Fins.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, yoldəyişənlərin quraşdırılmasına 2016-cı ilin sentyabr ayından başlanılıb. Bu işləri 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər həyata keçirir.

“Əvvəllər köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxmından dəyişmələrə səbəb olacaq”, - deyə 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”nin direktor müavini Şəmsəddin Talıbov bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253