NƏQLİYYAT

Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır
05 FEVRAL
380

Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır

2018-02-05 19:25:00

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (Karl Marks dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən (fevralın 5-dən 6-na keçən gecə) bağlanacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Fins.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Əli Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.

Təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301