NƏQLİYYAT

Ötən il Naxçıvan-Məşhəd-Naxçıvan qatarı ilə daşınna sərnişinlərin sayı – MƏLUM OLDU
11 YANVAR
342

Ötən il Naxçıvan-Məşhəd-Naxçıvan qatarı ilə daşınna sərnişinlərin sayı – MƏLUM OLDU

2018-01-11 12:27:00

Ötən il “Naxçıvan Dəmir Yolları” MMC üzrə dəmir yolunun ayrı-ayrı sahələrində təmir işləri aparılıb, qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib və bir sıra tədbirlər həyata keçirilib.

Fins.az 2017-ci il MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 71 min 70 ton müxtəlif təyinatlı yüklər daşınıb. Türkmənistandan muxtar respublikaya 69 vaqon, 4400,6 ton gübrə gətirilib.

Bundan başqa, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarı vasitəsilə 1 936 nəfər sərnişinin gediş-gəlişi təmin olunub.

Qeyd edilib ki, qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və hərəkət sürətinin yüksəldilməsi məqsədilə mədaxil olunmuş təzə ağac şpallardan 1052 ədədi dəyişdirilib. Yol təsərrüfatında sağlamlaşdırma işlərinin aparılması məqsədilə 89 yararsız ağac şpal dəmir-beton şpalla əvəz olunub. Daşımaların səmərəli təşkili məqsədilə Ordubad stansiyasının 2-ci və Şərur stansiyasının 3-cü qəbulgöndərmə, eləcə də yükləmə-boşaltma yollarında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Naxçıvan Yanacaq Anbarına məxsus dalan yolda və Naxçıvan stansiyasının 11-ci yolunda aparılan təmir işləri də yekunlaşıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259