NƏQLİYYAT

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi – TARİX AÇIQLANDI
09 YANVAR
233

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi – TARİX AÇIQLANDI

2018-01-09 11:18:00

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi tarix məlum olub.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, mərkəz yanvarın 13-də istifadəyə veriləcək.

Qeyd edək ki, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Xatırladaq ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq növbəti belə mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276