NƏQLİYYAT

Naxçıvan-Məşhəd- Naxçıvan qatarı yenidən fəaliyyətə başlayacaq – TARİX
09 YANVAR
173

Naxçıvan-Məşhəd- Naxçıvan qatarı yenidən fəaliyyətə başlayacaq – TARİX

2018-01-09 09:58:00

11 yanvar 2018-ci ildə 16/15 №-li Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.

Fins.az xəbər verir ki, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat   7-00-da yola düşəcəkdir. Məşhəd stansiyasına 12.01.2018-ci il  tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə  saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcəkdir. Naxçıvana qatar 14.01.2018-ci il  tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaqdır.

Qeyd edək ki, Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlamışdır. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılmışdır.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277