NƏQLİYYAT

Şəmkir-Alabaşlı dəmir yolu xətti təmir olunur
08 YANVAR
252

Şəmkir-Alabaşlı dəmir yolu xətti təmir olunur

2018-01-08 10:00:00

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Şəmkir-Alabaşlı mənzilində 8,6 km-lik yolun təmirinə start verilib.

Fins.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 5 gün davam edəcək təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci il tarixində “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günədək 430 km dəmir yolu əsaslı təmir olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254