NƏQLİYYAT

Azərbaycanda yükdaşımaların həcmi artıb
27 DEKABR 2017
99

Azərbaycanda yükdaşımaların həcmi artıb

2017-12-27 11:15:00

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda 206,2 milyon ton yük daşınıb ki, bu 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Fins.az-ın məlumatına görə, il ərzində qeyri-neft yüklərinin daşınması 3,5 faiz artıb və 156,6 milyon ton təşkil edib.

Yanvar-noyabr aylarında yük daşımaların 81,6 faizi özəl sektorun payına düşüb. Yüklərin 64,1 faizi avtomobil, 25,9 faizi boru kəməri, 6,3 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişin nəqliyyatı vasitəsilə 11 ay ərzində 1,79 milyard nəfər daşınıb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Sərnişinlərin 88,1 faizi avtomobil, 11,6 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Dəmir yolu nəqiyyatı vasitəsilə 13 milyon yük daşınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300