NƏQLİYYAT

Xəbərdarlıq: Bakıda anidən hərəkət dayandırılıb
15 DEKABR 2017
1674

Xəbərdarlıq: Bakıda anidən hərəkət dayandırılıb

2017-12-15 14:44:00

Bu gün səhər saatlarından etibarən paytaxtın Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı bir neçə marşrutun xətlərində dəyişiklik olub. Bu barədə  "Bakubus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yol anidən hərəkət üçün dayandırılıb və bununla bağlı olaraq 6 və 8 saylı marşrut xəttlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib: "Belə ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək "Azadlıq" metrostansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslarımız müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edir".

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276