NƏQLİYYAT

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına yeni hərəkət cədvəli tətbiq olunacaq
08 DEKABR 2017
420

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına yeni hərəkət cədvəli tətbiq olunacaq

2017-12-08 16:10:00

10 dekabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.

Qurumdan Fins.aqz-a verilən məlumta görə, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qataraı saat 0950 –də yola düşəcək və saat 1032-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcək və saat 1142-da Bakıya çatacaqdır.

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

“Azərbaycan Dəmir Yolları”

Qapalı Səhmdar Cəmiyyəti

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova

2017-2018-ci illər üçün (10 dekabr 2017-ci ildən etibarən)

BAKI-SUMQAYIT-BAKI ELEKTRİK QATARLARININ YENİ HƏRƏKƏT

C Ə D V Ə L İ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276