NƏQLİYYAT

Bu yolda sola dönməyin – KAMERA ÇƏKİR
06 DEKABR
2232

Bu yolda sola dönməyin – KAMERA ÇƏKİR

2017-12-06 09:42:00

Paytaxtın Azadlıq prospekti ilə Məsud Davudoğlu küçələrinin kəsişməsində sürücülərin ani diqqətsizliyi onların cərimələnməsi ilə nəticələnir. Fins.az xəbər verir ki, həmin yolayrıcında Azadlıq prospekti ilə hərəkət edən nəqliyyat vasitələri üçün 4.1.1 - məcburi hərəkət istiqaməti nişanı qoyulub və asfalta 1.11 nişanlanma xətti (qırıq-qırıq xətt) çəkilib. Sürücülər qırıq-qırıq xətti görərək düşünürlər ki, buradan sola və geriyə də dönmək olar. Əslində, həmin yerə 1.11 xəttinin çəkilməsi hərəkətin təşkilində olan səhvdir.

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, yolayrıclarında bu tip nişanlanma xəttləri olmamalıdır. Qırıq xəttin yolayrıcına çəkilməsi qanunsuzdur və sürücüləri çaşdırır. Ona görə də, həmin nişnlanma xətti silinərək əvəzində zolaqlar üzrə 1.18 nişanlanması (hərəkətin ancaq düzünə olmasını bildirən nişanlanma) çəkilməlidir.

© Avtosfer.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287