NƏQLİYYAT

ADB "Azərbaycan Dəmir Yolları"na 400 mln. dollar ayırıb
05 DEKABR 2017
349

ADB "Azərbaycan Dəmir Yolları"na 400 mln. dollar ayırıb

2017-12-05 12:18:00

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycanın dəmir yolu sisteminin inkişafı üçün nəzərdə tutulmuş 400 mln. dollar məbləğində krediti təsdiqləyib.

Fins.az xəbər verir ki, ADB-nin Direktorlar Şurası krediti dekabrın 1-i təsdiq edib.

Kredit "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin möhkəmləndirilməsinə, maliyyə effektivliyinin artırılmasına, yeni korporativ strukturun yaradılmasına yönəldiləcək. Bundan başqa, cəlb olunan vəsait hesabına Bakıda Rusiya ilə dövlət sərhədinədək uzanan dəmir yolu infrastrukturunun müasirləşdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258