NƏQLİYYAT

Müştərilər taksidə nədən narazıdır? – ARAŞDIRMA
05 DEKABR 2017
618

Müştərilər taksidə nədən narazıdır? – ARAŞDIRMA

2017-12-05 09:45:00

Son bir ildə Bakıda fəaliyyət göstərən taksi şirkətləri xeyli sayda artıb. Yaranan rəqabət bu bazarda qiymətləri xeyli aşağı saldı. Bir zənglə ucuz qiymətə evdən taksi sifarişi cəlbedici olmaqla insanların bu xidmətdən istifadəsini daha da artırdı. Amma xidmətdən istifadə edənlərlə yanaşı, bu sahədə yaranan problemlərdən nazarazı olan müştərilərin də sayı artır. Fins.az bunu nəzərə alaraq vətəndaşlar arasında sorğu keçirib. Məlum olub ki, taksi xidmətindən istifadə edənlər ən çox operatorun fəaliyyətindən və sürücülərin ünvanı tapa bilməməsindən narazıdır. Belə ki, sorğuda iştirak edənlərin 20,9% operatorun fəaliyyətinin, 20,9%-i isə əsas problem olaraq sürücülərin ünvanı tapa bilməməsini qeyd edib. Maraqlıdır ki, əvvəlki illərə nisbətən taksi xidmətində qiymətlər aşağı düşsə də, müştərilərin 18,6%- hesab edir ki, mövcud taksi qiymətəri də yüksəkdir. Vətəndaşların 14% sifarişli taksilərin vaxtında gəlmədiyini bildirib. 11,6% müştəri isə taksi sürücülərinin çox danışdığını deyib. 9,3% vətəndaş isə sifariş edən taksilərin komfort olmamasından narazıdır. 4,7% vətəndaşı isə sifariş edilən taksinin dəyişdirilməsi narahat edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259