NƏQLİYYAT

Formula 1 yarışlarında azərbaycanlı pilotu nə vaxt görə biləcəyik...
01 DEKABR
124

Formula 1 yarışlarında azərbaycanlı pilotu nə vaxt görə biləcəyik...

2017-12-01 11:15:00

2015-ci ildən etibarən Azərbaycanda Formula 1 yarışları keçirilir. Dünyanın tanınmış Formula 1 pilotlarının Bakıya gəlişi əlbəttə ki, böyük idman hadisəsidir. Yarışların Bakıda keçirilməsinə baxmayaraq, hələ ki, Azərbaycanən bu idman növündə yüksək səviyyədə çıxış edə biləcək idmançısı yoxdur.

Nə vaxtsa Formula 1 yarışlarında azərbaycanlı pilotu görə biləcəyikmi?

Məsələ ilə bağlı danışan Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib ki, Formula 4 yarışlarında Gülhüseyn Abdullayev Azərbaycanı təmsil edir.

“Onun Formula 3 yarışlarında nəticələri bir az aşağı olsa da, Formula 4-də qənaətbəxşdir.  Ola bilər ki, Gülhüseyn  bu il yenə hansısa seriyada çıxış etsin”.

R.Əliyev deyib ki, Formula idman növünə hazırlıq uşaq yaşlarından başlamalıdır.

“Uşaq yaşlarından kartinq sürməyi mükəmməl öyrənmək lazımdır. Daha sonra dünyada peşəkar təcrübəsi olan ölkələrdə təlimlərə gedib, orada kartinq yarışlarında iştirak etmək vacibdir. Bütün bunlar böyük vəsait tələb edir. Çox təəssüf ki, Azərbaycanda nə uşaq yaşlarından, nə də yeniyetməlik yaşlarından bu sahəyə maraq göstərilir. Bəlkə Formula yarışlarının Azərbaycanda keçirilməsindən sonra bu sahədə hansısa inkişaf olar. Amma hazırda vəziyyət ürəkaçan deyil”. 

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289