NƏQLİYYAT

Bakıda Avropa standartlarına uyğun 421 ədəd pandus quraşdırılacaq
01 DEKABR
168

Bakıda Avropa standartlarına uyğun 421 ədəd pandus quraşdırılacaq

2017-12-01 11:07:00

Bakı şəhərinin mərkəzində, bütün keçidlərdə, Avropa standartlarına uyğun 421 ədəd pandusun qoyulması təmin olunacaq.

Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli ilə bu məsələ müzakirə olunub və BNA bu məqsədlə tender elan edib.

"Eko şirkəti həmin tenderin qalibi elan olunub və həmin şirkətlə 2 milyon manat məbləğində müqavilə imzalanıb. Həmin müqavilənin icrası çərçivəsində 421 pandusun quraşdırılması təmin olunacaq. Bunun ardınca şəhərin bütün digər hissələrində və respublikanın bütün şəhər və rayon mərkəzlərində qeyd edilən məsələ öz əksini tapacaq. Bu, BNA rəhbərliyinin bu gün səhər mənə verdiyi məlumatlardır", - deyə S.Müslümov vurğulayıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289