NƏQLİYYAT

Magistral yolda yeni geri dönmə hissə yaradılıb – FOTO
30 NOYABR 2017
723

Magistral yolda yeni geri dönmə hissə yaradılıb – FOTO

2017-11-30 14:31:00

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeri geri dönmə hissə yaradılıb.

Qurumdan fins.az-a verilən məlumata görə, geridönmə hissə Ceyranbatan qəsəbəsidən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.

Yeni geridönmə hissənin eni 30 metr, uzunluğu isə 70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb. Geridönmə hissədə 375 m2 təhlükəsizlik adacağı qurulub.

Yeni geridönmə səbəbindən yolun həmin ərazisində hər bir istiamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq 200 və 500 metr uzunluğunda, 4.5 metr enində yol genişləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301